SON XƏBƏRLƏR

Cəlilabad rayon sakininin 912 min manat məbləğində dələduzluq etdiyi müəyyən olunub. Bu haqda məlumat Daxili İşlər Nazirliyindən Cenublu.az-a bu gün, 11 noyabr tarixində daxil olub.

Belə ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə cari ilin may-sentyabr aylarında xaricdən kartof gətirəcəyi adı ilə vətəndaşları aldadan şəxsin Cəlilabad rayon sakini olan bir nəfərdən 265 min manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647 min manat pul alması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.