Cəlilabad sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində verir.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.