Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında yeni şöbə təşkil olunacaq. Bu haqda bu gün, 27 may tarixində Cenublu.az Fed.az-a istinadən xəbər verir.
Xəstəxana tərəfindən təklif olunan sorğuda Laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması nəzərdə tutulur.
Sənəd qəbulu 13 iyun saat 12:20-dək keçərlidir. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcək. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Satınalan təşkilatın email ünvanı: [email protected].