Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatına kadr təyinatı olub. Bu haqda bu gün, 9 fevral tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
İcra başçısı Rafiq Cəlilovun müvafiq sərəncamı ilə Şahbazov Sadiq Fizuli oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin olunub.