SON XƏBƏRLƏR

Cəlilabad rayonunda abadlaşdırma işləri aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində Cəlilabad Bələdiyyəsinə istinadən verir.

Belə ki, rayonun müxtəlif yerlərində olan ağaclar budanıb, lazımsız kol-kos və alaq otları təmizlənib.

Bundan əlavə, müxtəlif küçələrdə, həmçinin Heydər Əliyev prospektində və rayon məscidinin ətrafında digər zəruri abadlıq işləri görülüb.