SON XƏBƏRLƏR

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 100 yaşı tamam olan Göytəpə şəhər sakini Kövkət Qubad qızı Əbilhəsənovanı yaşadığı evdə ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 sentyabr tarixində Cəlilabad RİH-yə istinadən verir.

Rafiq Cəlilov Kövkət nənəni 100 illik yubileyi münasibətilə təbrik edib, ona sağlam və gümrah həyat arzulayıb. Yubilyara doğum günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Kövkət Əbilhəsənova Vətən müharibəsi şəhidi, kapitan Rəşad Abdullayevin nənəsidir.

 

Masallı Rayon İcra Hakimiyyəti
Sport

Masallıda minifutbol turnirinin açılış mərasimi keçirilib

Masallı rayon Sərçuvar kənd stadionunda “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında gənclər arasında minifutbol turnirinin açılış mərasimi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Masallı RİH-yə istinadən