SON XƏBƏRLƏR

Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov və şəhər 4-saylı klubun əməkdaşı Musa Gözəlov qazi Elşən Xanəliyevi ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 noyabr tarixində verir.

Ziyarət zamanı mədəniyyət nümayəndələri qazi ilə söhbət edərək ona Allahdan şəfa diləyiblər.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi qazisi Xanəliyev Elşən Çingiz oğlu 18 ay qardaş Türkiyə dövlətində müalicə alıb və noyabrın 9-da Vətənə qayıdıb.

Mədəniyyət nümayəndələri yekunda qazi ilə xatirə şəkli çəkdiriblər.