Cəlilabad rayonu Privolnoye kəndinin işıq dirəkləri qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 dekabr tarixində verir.
Belə ki, kəndin bir çox ərazilərində yerləşən işıq dirəkləri aşmaq üzrədir.
“Dirəklər aşsa, bütün kənd işıqsız qalacaq. Fəlakət baş vermədən aidiyyəti qurumlardan qəzalı dirəkləri yeniləri ilə əvəz etmələrini xahiş edirik”, – deyə sakinlər bildiriblər.
