SON XƏBƏRLƏR

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri ilə “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib. Bu haqda məlumat Daxili İşlər Nazirliyindən bu gün, 31 oktyabr tarixində Cenublu.az-a verilib.

Çıxış edən Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Polad Qarayev bəşəriyyət üçün böyük bəla sayılan narkomaniyaya qarşı görülən tədbirlərin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə effektiv tədbirlər həyata keçirildiyini bildirib.

Sonra mövzu ətrafında çıxışlar dinlənilib, narkotik vasitələrin cəmiyyətdə səbəb olduğu acı nəticələr və insan orqanizminə vurduğu zərərlər barədə videoçarx izlənilib. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

DİN
DİN