Cəlilabad Müalicə Diaqnostika Mərkəzində baş vermiş yanğınla bağlı xəstəxananın direktoru Elnur Azadxanov ətraflı məlumat verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 fevral tarixində Report.az-a istinadən verir.
O bildirib ki, yanğın zamanı digər bölmələrdə hər hansı bir elektrik kəsintisi baş verməyib. Onun sözlərinə görə, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin birinci mərtəbəsində yerləşən Ailə Sağlamlıq Mərkəzində Elektrik naqillərinin qısaqapanması nəticəsində tavanda tüstülənmə qeydə alınıb:
“Dərhal FHN-in Yanğından Mühafizə Xidmətinə məlumat verilib, tüstülənən sahə bir neçə dəqiqə ərzində söndürülüb. Heç bir xəsarət alan olmayıb və tibbi cihazlara zərər dəyməyib. 2 kvadratmetrlik bir sahədə naqillərin izolyasiya örtüyü sıradan çıxıb. 2 saat ərzində tavanda təmir işləri aparılıb və elektrik xətti yenisi ilə əvəz olunub. Digər bölmələrdə xidmət dayandırılmayıb və hər hansı bir elektrik kəsintisi baş verməyib”.