SON XƏBƏRLƏR

Cəlilabadda taksi sürücüsü ilə birgə digər şəxsi qətlə yetirib, daha sonra meyiti doğrayaraq onun fraqmentlərini bir neçə rayonda basdıran şəxslər barələrindəki hökmdən kassasiya şikayəti veriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində Oxu.az-a istinadən verir.

Ali Məhkəməyə müraciət edən məhkumlar cəzalarının yüngülləşdirilməsini istəyirlər. Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Cəlilabad rayon sakinləri – Ələkbərli Əli Fazil oğlu və Ağamalızadə Altay Alxas oğlu rayonun Göytəpə şəhər sakini, 1993-cü il təvəllüdlü Sahib Muradovu qətlə yetirməkdə ittiham olunurlar. 25 yanvar 2019-cu il tarixində S.Muradovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən Ə.Ələkbərli sonradan meyiti doğrayıb və taksi sürücüsü A.Ağamalızadənin köməyi ilə onun fraqmentlərini bir neçə rayonda basdırıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Ələkbərli 18 il 11 ay 27 gün, taksi sürücüsü A.Ağamalızadə isə 9 il 6 ay azadlıqdan məhrum ediliblər. Şirvan Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin şikayətini təmin etməyib.

Astara yardım
Aktual

Astaralılardan Türkiyəyə dəstək

Astara sakinləri də qardaş Türkiyəyə yardım kampaniyasına qoşulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir. Belə ki,