SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Maşlıq və Sabirabad kəndlərində yanğın hadisələri baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Maşlıq kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb, Sabirabad kəndində isə ümumi sahəsi 149 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 7 ton ot bağlamasının 5 tonu yanıb.

Ot bağlamalarının qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.