SON XƏBƏRLƏR

Cəlilabadda məktəblilərə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda tədbir keçirilib. Bu haqda bu gün, 28 aprel tarixində Cenublu.az Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən xəbər verir.

RPŞ-nin təşkilatçılığı ilə keçirilən tədbirdə Günəşli kənd 1 və 2 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev cəmiyyətin sağlam gələcəyi üçün ciddi təhlükə yaradan narkomaniya və erkən nikahların səbəb olduğu fəsadlar və acı nəticələrlə bağlı məktəblilərə geniş məlumat verib. Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb.