Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbindəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 fevral tarixində Report.az-a istinadən verir.
Belə ki, qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əməkhaqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.