SON XƏBƏRLƏR

Cəlilabad rayon Privolnoye kənd kitabxana filialında “Kitablar və biz” mövzusunda oxucularla görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Kitabxanaçı Şəfəq Məmmədova oxuculara mütaliənin həyatımızdakı rolu, kitabın insanları, xüsusən gənclərimizi bilikli olmağa, gələcəyi aydın şəkildə görməyə, öz mövqeyini düzgün çatdırmağa kömək edən nadir vasitələrdən biri olması haqqında məlumat verib.

Yekunda oxucularla oxuduqları kitablar haqqında müzakirələr aparılıb.