Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun 2023-cü ilin yanvar ayında keçirəcəyi səyyar qəbulun günləri və məkanları məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 yanvar tarixində verir.
Görüşlər:
- 12 yanvar saat 15:00-da Kazımabad kənd tam orta məktəbinin binasında;
- 17 yanvar, saat 15:00-da Təzəkənd ümumi orta məktəbinin binasında;
- 19 yanvar, saat 15:00-da Gülməmmədli kənd tam orta məktəbinin binasında;
- 25 yanvar, saat 15:00-da Üçtəpə kəndində yerləşən “Üçtəpə” şadlıq evində baş tutacaq.