SON XƏBƏRLƏR

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun

2022-ci ilin noyabr ayında keçirəcəyi səyyar qəbul-görüşlərin qrafiki açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.

Belə ki, qəbullar:

  • 2 noyabr saat 15:00-da Cəlilabad şəhəri, Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin iclas zalında;
  • 10 noyabr saat 15:00-da Abışabad kəndi, Abışabad kənd tam orta məktəbinin iclas zalında;
  • 16 noyabr saat 15:00-da Xəlilabad kəndi, Xəlilabad kənd tam orta məktəbinin iclas zalında;
  • 23 noyabr saat 15:00-da Soltankənd kəndi, Soltankənd kənd tam orta məktəbinin iclas zalında;
  • 30 noyabr saat 15:00-da Cəlilabad şəhəri, Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbin iclas zalında keçiriləcək.