SON XƏBƏRLƏR

Cəlilabad RİH başçısı Rafiq Cəlilov Soltankənd kəndində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 noyabr tarixində verir.

Soltankənd kənd tam orta məktəbinin iclas zalında keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər.

Rafiq Cəlilov son illər rayonun sosial-iqtisadi inkişafı, aparılan tikinti-abadlıq işləri barədə məlumat verib.

Görüşdə kənd sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar. Sakinlərin qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Rafiq Cəlilov
Cəlilabad Rayon İcra Hakimiyyəti