SON XƏBƏRLƏR

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı səyyar qəbul keçirib. Bu haqda bu gün, 23 fevral tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Görüş rayonun Soyuqbulaq kənd sakinləri ilə keçirilib. Qəbul-görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı vətəndaşlara bildirilib ki, xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək imkanı əldə edə bilərlər.

Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.

Cahit Bağçı
Aktual

Cənub zonasında yaşayan türk vətəndaşlarının nəzərinə

Cənub rayonlarında yaşayan türk vətəndaşları Türkiyədə keçirilən seçkilərdə iştirak edə biləcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib ki,