Rafiq Cəlilov Cəlilabad şəhər sakinləri ilə səyyar qəbul-görüş təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbin iclas zalında keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcrası vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.