SON XƏBƏRLƏR

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov kənd yaşayış məntəqələrində və şəhər ərazisində aparılan abadlıq, quruculuq və yenidənqurma işləri ilə tanış olub. Bu haqda məlumatı Cenublu.az bu gün 19 noyabr tarixində verir.

Hazırda Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.

İcra başçısı Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı marşrutu üzrə kəndlərarası avtomobil yoluna baxış keçirib, görülən işlərin keyfiyyəti ilə maraqlanıb.

Həmçinin Rafiq Cəlilov Cəlilabad şəhəri Heydər Əliyev prospektində yeni salınan piyada səkilərində görülən işlərin keyfiyyəti ilə maraqlanıb, tikinti işləri ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon