SON XƏBƏRLƏR

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda görülən işlərlə tanış olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.

İlk öncə o, M.Hadi küçəsində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Daha sonra “Abad həyət” parkında görülən işlərlə tanış olub.

Qeyd edək ki, “Abad həyət” park layihəsi şəhərin M.Hüseyn küçəsində yerləşən 8,11 və 13 saylı binaların qarşısında yerləşən Cəlilabad bələdiyyəsinin ümumi istifadə torpaqlarına aid olan 1500 kvadratmetr ərazidə Cəlilabad bələdiyyəsinin büdcəsi hesabına icra olunur.