SON XƏBƏRLƏR

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Abışabad kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində verir.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər.

Görüşdə kənd sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbul zamanı vətəndaşlara bildirilib ki, xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla  müraciət imkanı əldə edə bilərlər.