SON XƏBƏRLƏR

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid anasını, 85 yaşlı Sura Məmmədovanı ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 noyabr tarixində verir.

Görüş zamanı icra başçısı Sura Məmmədovanın səhhəti ilə maraqlanıb, ona hədiyyə təqdim edib. Səmimi söhbət zamanı Sura Məmmədovanın şəhid övladı Emin Məmmədovun keçdiyi şücaətli döyüş yolundan, xatirələrindən söhbət açılıb.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü Məmmədov Emin Museyib oğlu Birinci Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib, xidməti vəzifəsini şərəflə və şücaətlə yerinə yetirib. Emin Məmmədov 1994-cü ilin aprel ayında itkin düşüb.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda