SON XƏBƏRLƏR

Lənkəran-Astara Regional Təhsil İdarəsi sosial şəbəkələrdə müzakirə olunan Cəlilabad rayonu Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbində monitorinq keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində verir.

Belə ki, adı çəkilən məktəbdə direktor səlahiyyətlərinin icrası 14 sentyabr 2022-ci il tarixdən müvəqqəti olaraq Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşı Vidadi Dövlətova həvalə edilib.

Son zamanlar məktəbdə tədrisin təşkil edilməsi zamanı nöqsanlara yol verildiyi, müəllim və şagirdlərin dərs məşğələlərində iştirak etmədiyi, məktəb rəhbərliyinin tənqid olunması və s. barədə məlumatlar yer alıb.

Lakin aparılan monitorinq zamanı məktəbdə dərs-məşğələ cədvəllərinin hazır olduğu, müəllim və şagirdlərin cədvəl üzrə dərslərdə iştirak etdiyi, həmçinin məktəbin texniki işçi heyətinin iş yerində olduğu, məktəbdə abadlıq-bərpa işlərinin aparıldığı, bununla da sosial şəbəkələrdə yerləşdirilmiş bir çox məlumatların reallığı əks etdirmədiyi və ictimaiyyət arasında çaşqınlıq yaratmağa xidmət etdiyi müəyyən olunub.