SON XƏBƏRLƏR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbələri “Xarı bülbül” mahnı və rəqs müsabiqəsində iştirak ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 yanvar tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının Tələbə Gənclər Təşkilatına istinadən verir.

Odlar Yurdu Universitetində “Şuşa ili” çərçivəsində ali təhsil müəssisələri arasında keçirilən “Xarı bülbül” mahnı və rəqs müsabiqəsində iştirak edən Sevinc Mahmudova 3-cü yerə sahib olub. Həmçinin Ülviyyə Xankişiyeva və Tərlan Seyfullayev universitetin rektoru Professor Əhməd Vəliyev tərəfindən sertifikatlarla təltif olunublar.

ADPU Cəlilabad filialı TGT
ADPU Cəlilabad filialı TGT