SON XƏBƏRLƏR

Cəlilabad şəhərində abadlıq işlərinin görülməsi ilə bağlı açılmış tenderin qalibi bəlli olub. Bu haqda bu gün, 26 sentyabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhərin abadlıq işlərinin görülməsi ilə bağlı tender elan edilmişdir. 318.4 min manat məbləğində olan müsabiqədə “Kaspian Standart” MMC qalib müəyyən edilib.

Şərtlərə əsasən, şirkət H.Əliyev prospektində 1400 m səki, 1800 m xarici işıqlandırma, Cavadxan küçəsində 1200 m səki və xarici işıqlandırma, İ.Şıxlı küçəsində 464 m səki və xarici işıqlandırma, Z.Əliyeva küçəsində (H.Əliyev pr.-Kapital Bank arası) 260 m səki və xarici işıqlandırma, Z.Əliyeva küçəsində (Kapital Bank-Qarabağ küçəsi arası) 460 m səki və xarici işıqlandırma, Qarabağ küçəsində 454 m səki, 240 m xarici işıqlandırma və Uzuntəpə yolunda 12000 m məsafədə işıqlandırma kabellərinin yenilənməsi və təmiri işlərini həyata keçirəcək.