Masallı və Lənkərandan paytaxta yollanan avtobusların sayı artırılıb. Bu haqda bu gün, 26 mart tarixində Cenublu.az APA-ya istinadən xəbər verir.
Novruz bayramı ilə əlaqədar cənub diyarımıza gələn sakinlərin sayı çox olduğundan bu addıma əl atılıb. İnsanların Bakıya geri qayıtmalarını təmin etmək məqsədilə sərnişindaşıma avtobuslarının sayı 3 dəfə artırılıb.
Qeyd edək ki, gücləndirilmiş iş rejimi martın 27-dək davam edəcək.