SON XƏBƏRLƏR

Lənkəranda qanunsuz yolla əldə edilmiş meşə materialları daşıyan avtomobil aşkarlanıb. Bu haqda bu gün, 14 oktyabr tarixində Report.az-da paylaşılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin keçirdiyi nəzarət zamanı Lənkəran və Masallı rayonlarında qanunsuzluq aşkar edilib. Lənkəranda 44-BC-005 dövlət nömrə nişanlı “Zil” markalı və Masallıda 99-VK 742 dövlət nömrə nişanlı “Ford” markalı avtomobillərdən ümumilikdə 7,43 kub metr həcmində işlik meşə materialı aşkar edilib.

“Araşdırma zamanı meşə materiallarının Masallı rayon sakini Ramin Səfərov və Lənkəran rayon sakini Xəyal Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 1226 manat məbləğində ziyan dəydiyi məlum olub” – xidmət rəisi Hikmət Əlizadə qeyd edib.

Xidmət rəisi həmçinin bildirib ki, faklarla bağlı araşdırma aparılır.