SON XƏBƏRLƏR

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu haqda məlumatı bu gün, 18 oktyabr tarixində Report verib.

Aparılan əməliyyat axtarışlar zamanı Lənkəran sakini Bəxtiyar Muradov saxlanılıb. Həmin şəxs ifadəsində narkotik vasitələri əvvəllər cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi tanışı Arif Muradovdan aldığını bildirib. Muradov Salyan rayonu ərazisində saxlanılıb.

Həmçinin, Cənub bölgəsində həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – İlkin Nuralıyev, Fuad Mirzəyev, Elnur Məmmədov, Xalid Həsənov, Famil Rzazadə və Mübariz Qasımov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 24 qram heroin və metamfetamin aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Masallı Rayon Gənclər və İdman İdarəsi
Aktual

Masallının icra başçısı qalib idmançılarla görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr