SON XƏBƏRLƏR

Cənubda balqabaq mövsümü başlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 sentyabr tarixində verir.

Cənub zonasında balqabaq “boranı” adlanır. Noyabra kimi yığılan bu bostan bitkisi, Cənub mətbəxində geniş istifadə olunur. Ondan məşhur boranı plov, soyuqdəymədən qoruyan boranı şorbası və desertlər hazırlanır.

Boranının faydalarını saymaqla bitməz. Zəngin mineral tərkibə malik olan bitki A, C, E, PP, K, B qrupu vitaminləri, dəmir, mis, kalium, kalsium, maqnezium, ftor, sink, fruktoza, pektin, beta-karotin maddələrindən ibarətdir. Balqabaq həzmə, sinir və ürək-damar sisteminə, qaraciyər, öd üçün çox faydalıdır.

Qeyd edək ki, balqabağın qiymətidə çox sərfəlidir. Növündən asılı olaraq 30-50 qəpik arasında dəyişir.