SON XƏBƏRLƏR

Cənub rayonlarında Azərbaycan Respublikasının Nazirləri mart ayında vətəndəşları qəbul edəcəklər. Bu haqda bu gün, 22 fevral tarixində Cenublu.az Trend-ə istinadən xəbər verir.

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb:

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev – Astara, Lənkəran, Lerik – 11 mart 2022-ci il;

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov – Astara, Lənkəran, Lerik – 11 mart 2022-ci il;

Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov – Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı – 30 mart 2022-ci il.