SON XƏBƏRLƏR

Cənublu sakinlər Xırdalanda 8 min manatlıq oğurluq ediblər. Bu haqda məlumat bu gün, 22 fevral tarixində Report.az-da paylaşılıb.

Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində inşası başa çatmamış bir evin həyətindən 8 min manat dəyərində inşaat materiallarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla bağlı polis əməkdaşları əməliyyat keçirib.

Nəticədə oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş E.Murtuzayev və Lənkəran rayon sakini F.Şərifov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Foto açıq mənbələr
Aktual

Tarix yazan müəllimlərimizi tanıyaq

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.