SON XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Astara rayon Mərkəzi Xəstəxanasında və Lənkəran Müalicə Diaqnostika mərkəzlərində yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirmə tədbirləri keçirib. Bu haqda məlumatı bu gün, 5 noyabr tarixində Apa paylaşıb.

Tədbirlərdə səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinə dair tələblər barədə ətraflı məlumat verilib, yanğın baş vediyi zaman zəruri davranış qaydalarından söz açılıb, “112” qaynar telefon xəttinin təyinatından danışılıb.

Həmçinin, sözügedən obyektlərdə ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının vacibliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.