SON XƏBƏRLƏR

Lənkəran və Astara məktəblərində Təhsil Şöbəsinin “Mina təhlükəsizliyi” ilə əlaqədar 2021-2022-ci illər üçün tədbirlər planına uyğun olaraq tədbirlər keçirilib. Bu haqda məlumatı bu gün, 2 dekabr tarixində məktəblərin rəsmi Facebook səhifələri verib.

Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli, Astara şəhər M.Ə.Sabir adına 1 saylı və Astara rayon Şağlazüzə kənd tam orta məktəblərində “Piyada və tank əleyhinə mina təhlükəsizliyi ilə əlaqədar” Gənclərin çağırışa qədər hazırlıq dərslərində şagirdlərə mina təhlükəsizliyinə dair geniş məlumat verilib.

Dərslərdə mina partlayış təhlükəsinə qarşı maarifləndirilmə məqsədilə video lent nümayiş olunub, mövzuya aid suallar verilib, şagirdlər qrup şəklində təqdimatlar hazırlayıb təqdim ediblər.