SON XƏBƏRLƏR

Lənkəran-Astara bölgəsində yağan intensiv yağışlar nəticəsində axan suların səviyyəsində artım müşahidə edilib. Bu haqda məlumatı 2 oktyabr tarixində Trend.az xəbər verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, cənub bölgəsində sularda ortalama 47 sm artım olub.

Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqəsində də suyun səviyyəsində 92 sm, Viləşçay-Şıxlarda 36 sm, Təngərüdçay-Vaqoda 14 sm artım qeydə alınıb.