SON XƏBƏRLƏR

Cənub bölgəsinin qazlaşdırılmayan kəndlərinin sakinləri üçün oduncaq tədarükü davam edir. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov öz açıqlamasında bildirib.

O qeyd edib ki, əhalinin sıx məskunlaşdığı, oduna daha çox tələbatın olduğu cənub bölgəsinin qazlaşdırılmayan 321 kəndinin əhalisinə 4063 m3 odun tədarükü həyata keçirilib.

Cənub üzrə Lənkəran rayonu üzrə 26 kəndə 642 m3, Astara üzrə 35 kəndə 625 m3, Masallı rayonunu üzrə 12 kəndə 106 m3,  Lerik rayonunu üzrə 106 kəndinə 1642 m3 oduncaq tədarük edilib.

Həmçinin V.Kərimov bildirib ki, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə ümumilikdə 1278 m3 həcmində odun tədarük edilib.