SON XƏBƏRLƏR

Cənub bölgəsində odun tədarükü üçün nəzərdə tutulan meşəbəyliklərin siyahısı açıqlanıb. Bu haqda Ekologiya və Təbii Sərvətlər nazirliyi 16 avqust tarixində məlumat verib.

Nazir müavini Vüqar Kərimov öz açıqlamasında bildirib ki, 16 avqustdan 1 sentyabradək qışa hazırlıq məqsədi ilə odun tədarükü cənub bölgəsinin aşağıdakı meşə ərazilərində həyata keçiriləcək:

  • Astara rayonu, Əsxənəkəran və Təngərüd meşəbəylikləri;
  • Lənkəran rayonu, Haftoni meşəbəyliyi;
  • Masallı rayonu, Yeyənkənd meşəbəyliyi;
  • Yardımlı rayonu, 1, 3, 4 saylı meşəbəylikləri;
  • Lerik rayonu, Razvandoband, Gürdəsər və Lerik meşəbəylikləri.

Nazir müavini qeyd edib ki, qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə, müəssisədən və ya dövlət qurumundan asıllı olmayaraq oduncaq dəyəri ödənilməklə verilir.

Həmçinin qeyd olunub ki, rayon sakinləri odun yanacağına olan təlabatlarını ödəmək üçün meşələrə üz tutmasınlar, müvafiq qaydada regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etsinlər.