Nazirlər Kabineti Azərbaycan Respublikasında yerləşən dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısını və buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi qaydaları haqqında qərar qəbul edib. Bu haqda 11 sentyabr tarixində Trend xəbər portalı paylaşım edib.
Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əlavə olaraq Azərbaycan Respublikasının cənub bölgəsində olan dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı göstərilib:
- Astara dövlət sərhədindən buraxılış məntəqəsi – Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
- Astara dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi – Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
- Lənkəran Limanında dövlət sərhədindən buraxılış məntəqəsi – dəniz yolu (Lənkəran şəhəri, Sahil küçəsi).
Sözügedən əlavədə ölkənin digər sərhəd çıxışlarıda qeyd olunub.