SON XƏBƏRLƏR

9 sentyabr Lənkəranda 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri üçün əlavə imtahan keçiriləcək. Bu haqda məlumatı Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytı paylaşıb.

İmtahanda həmçinin eksternat qaydasında imtahan verənlər və bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də iştirak edə biləcəklər.

İştirak etmək istəyənlər DİM-in saytından ( http://dim.gov.az/ ) buraxılış vərəqəsinisi və “Yaddaş kitabçası”nı götürə bilərlər.