SON XƏBƏRLƏR

Bu gün, 29 oktyabr tarixində şəhid məşədi Rəşid Rəşad oğlu Məmmədovun ildönümüdür. Bu haqda məlumatı Cenublu.az verib.

Qəhrəman şəhidimiz 20 noyabr 1997-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. 2018-ci ildə kənd orta məktəbi bitirib və Sülhməramlı Qüvvələrdə rabitəçi kimi xidmət etməyə başlayıb. 2019-cu ildə kiçik çavuş rütbəsi ilə müddətdən artıq xidmət etməyə başlayıb.

29 oktyabr 2020-ci ildə MAXE Rəşid Məmmədov Xocalı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olub.