SON XƏBƏRLƏR

Masallıda Əməkdar məşqçiyə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

“Pəhləvanın salnaməsi” adlı film yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Nadir Yaqub oğlu Ağayevin (1935-1985) ömür yolundan bəhs edir. Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid valideynləri və qazilər, ağsaqqal və ziyalılar, idman ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Filmin ssenari müəllifi Akif Ağayev çıxışında Azərbaycan güləş məktəbinin layiqli övladı Nadir Ağayevin zəngin ömrünün müəyyən hissəsinə işıq salmış qısametrajlı sənədli filmini nəinki Masallı, cənub bölgəsi idmanının, ümumilikdə ölkə idman tarixinin şərəfli səhifəsi kimi yaddaşlarda qalacağına əminliyini bildirib.

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Nadir Ağayevin yetirməsi Sucəddin Novruzov, yazıçı-publisist Nurəddin Ədiloğlu və başqaları çıxışlarında günbəgün tərəqqi edən güləşimizdə Nadir müəllim kimi ustad məşqçinin əvəzsiz xidmətini əks etdirən “Pəhləvanın salnaməsi” filminin maarifləndirici əhəmiyyət daşıdığını vurğulayıb, filmin yaradıcı heyətinə, eləcə də ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq ifadə ediblər.

Masallı Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə ərsəyə gələn filmin ssenari müəllifi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, jurnalist-publisist Akif Ağayev, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzədir.

Astara iqtisadiyyat
İqtisadiyyat

Astarada ümumi məhsul və xidmətlərin həcmi artıb

Astara rayonunda 2022-ci ilin yanvar-dekabr aylarında ümumi məhsul və xidmətlərin həcmi 15,3 faiz artıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində Azertac-a istinadən verir. Rayon iqtisadiyyatının əsas sahələri