SON XƏBƏRLƏR

Astarada ali məktəblərə sənəd verən məzunlardan 238 nəfəri tələbə adını qazanıb. Bu haqda məlumatı Azərtac Astara Rayon Təhsil Şöbəsinə istinadən verir.

Məzunlardan 3 nəfəri 600 baldan yuxarı, 22 nəfəri 500-600, 46 nəfəri 400-500, 60 nəfəri 300-400 arası, 107 nəfəri isə 300-ə yaxın bal toplayıb.

Rayonda ən yüksək nəticələri göstərənlər Astara şəhər 1 nömrəli tam orta məktəbin məzunları Fatimə Dadaşova (635 bal) Azərbaycan Dövlət İqtisad Universitetinə, Mirnihad Məmmədli (621 bal) Lənkəran Dövlət Universitetinə, Asxanakəran kənd tam orta məktəbinin məzunu Mirhəşim Bəyəliyev (621 bal) Xəzər Universitetinə daxil olublar.

Astara rayonu üzrə ali məktəblərə qəbul olunanların 100 nəfəri Lənkəran Dövlət Universitetində təhsillərini davam etdirəcək.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində Astara rayonunun ümumtəhsil məktəblərini 11 illik təhsil üzrə 804 məzun bitirib.