SON XƏBƏRLƏR

Bu gün, 18 yanvar tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Samir Mətləb oğlu Səmədovun mövlud günüdür.

Samir Səmədov 2002-ci ildə Astara rayonunun Pensər kəndində anadan olub. Uşaqlıq illərini doğulduğu Pensər kəndində keçirib. Orta təhsilini Astara rayonu Z.Ə.Əhməzadə adına 2 saylı tam orta məktəbdə alıb. Təhsilini başa vuran Samir 24 yanvar 2020-ci ildə Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Tərtər rayonunun “N” saylı hərbi hissəsinə göndərilir.

Vətən müharibəsi zamanı Talış kəndi və Ağdərə rayonu istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib və düşmənə sarsıdıcı zərbələr endirməklə böyük şücaət və qəhrəmanlıq göstərib. Düşmənin çox sayda canlı qüvvəsini məhv edən qəhrəmanımız 10 oktyabr 2020-ci ildə itkin düşür, 18 noyabr tarixində isə nəşi tapılır. Onun 10 oktyabr tarixində şəhid olduğu bilinir. Şəhidin nəşi 19 noyabr 2020-ci ildə böyüyüb boya-başa çatdığı Astara rayonunun Pensər kəndinə gətirilir və Seyid Camaləddin türbəsində torpağa tapşırılır.

Səyid Səmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Masallı lük
Yollarda vəziyyət

Masallıda açıq vəziyyətdə olan lük təmir olunub

Masallı şəhəri, H.Əliyev prospektində yağış suları üçün nəzərdə tutulan lükün açıq vəziyyətdə olması haqda məlumat vermişdik. Belə ki, Masallı şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, köhnə bazarın yaxınlığında, “Bank Respublika”nın