2020-ci il noyabr ayının 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla Vətən müharibəsi başa çatdı.
Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları Ermənistanın işğalından döyüşsüz azad edildi[1] . Bundan əlavə, həmin sənədə görə,Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilməsinə, [2] Laçın dəhlizinin Rusiya sülhməramlılarının nəzarətinə keçməsinə, Azərbaycan tərəfindən Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyinə zəmanət verilməli idi.[3]