SON XƏBƏRLƏR

Bu gün, 16 noyabr tarixində şəhidlərimiz Elçin Qismət oğlu Novruzov və Aqil Qismət oğlu Məlikovun şəhadətə ucaldıqları gündür.

Elçin Novruzov 9 avqust 1989-cu ildə Rusiyanın Voronej şəhərində anadan olub. 1996-2005-ci illərdə Masallı rayon Hüseynhacılı kənd tam orta məktəbində təhsil alıb. 2005-2007-ci illərdə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbində təhsilini davam edib. Vətən müharibəsində könüllü olaraq iştirak edən Elçin, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Elçin Novruzov Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub. 16 noyabr 2020-ci ildə Masallı rayonunun Hüseynhacılı kəndində dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Aqil Məlikov 12 avqust 1990-ci ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub. 2016-cı ilin 15 noyabr tarixində Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. 16 noyabr doğulduğu Masallı rayonunun Böyük Xocavar kəndində dəfn olunub.
Aqil Məlikov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.