SON XƏBƏRLƏR

Elməddin Nəzərov 22 noyabr 1996-cı ildə Masallı rayonunun Binə Xocavar kəndində anadan olub. 2003-2014-cü illərdə şəhid Bəşir Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra, 2015-ci ildə Masallı rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəyə yola salınıb. Müddətli həqiqi hərbi xidmətini başa vuran Elməddin 2017-ci ildə evinə, ata-anasının yanına qayıdıb.

Vətən müharibəsi zamanı Elməddin Nəzərov döyüşlərdə könüllü iştirak edib. Füzuli,Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə böyük fədakarlıq göstərib. O, Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Masallı rayonunun Binə Xocavar kəndində 17 noyabr 2020-ci ildə torpağa tapşırılıb.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon