SON XƏBƏRLƏR

Bu gün, 15 dekabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Balaqardaş Fərhad oğlu Vəliyevin anım günüdür.

Balaqardaş Vəliyev 24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. 2008-2017-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil alıb. 2020-ci ilin aprelində çağırışçı kimi «N» saylı hərbi hissəyə xidmətə yollanıb. O, Vətən müharibəsi zamanı, 1 oktyabr 2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşi açması nəticəsində həlak olub. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.