Bu gün, 6 noyabr tarixində Vətən müharibəsi şəhidi leytenant Məhərrəmov Vüsal Aslan oğlunun anım günüdür.
Vüsal Aslan oğlu Məhərrəmov 10 dekabr 1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub.
1986-cı ildə Hişkədərə kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 1997-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. 1997-2001-ci illərdə Gəncə Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı Vüsal Aslan oğlu Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Vüsal Məhərrəmovun nəşi doğma kəndində torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.