SON XƏBƏRLƏR

Bu gün, 11 yanvar tarixində Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Ülvi Alışovun mövlud günüdür.

Ülvi İlham oğlu Alışov 2000-ci il yanvarın 11-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olub.

O, Vətən müharibəsində Füzuli rayonunun azad edilməsi uğrunda döyüşüb. 29 sentyabr döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.